Mobil versiya
Xəzər rayonunda yaşayış binalarının eyvanlarına gül dibçəkləri düzülür
Tarix: 11-06-2021 | Saat: 10:44
Bölmə:Gündəm | çapa göndər

Xəzər rayonunda yaşayış binalarının eyvanlarına gül dibçəkləri düzülür

Meqapolisə çevrilməkdə olan Bakı şəhərində ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması və vizual gözəlliyin təmin edilməsi üçün müxtəlif layihələr həyata keçirilir.

AiA.Az-ın məlumatına görə, bu layihələrin davamı olaraq yay fəslinin gəlişi ilə əlaqədar şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Xəzər rayonunda küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən başladılan aksiya Xəzər rayonunda da uğurla həyata keçirilir.

Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun əsas küçə və prospektlərindən biri olan Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22 və 24 saylı binalar seçilərək, sözügedən binaların eyvanları mövsümi gül və çiçəklərlə bəzədilmişdir.

Yerli sakinlər tərəfindən bu aksiya sevinc hissi ilə qarşılanmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025