Mobil versiya
Bu gün futbol üzrə Avropa çempionatı start götürür
Tarix: 11-06-2021 | Saat: 09:00
Bölmə:Karusel / İdman | çapa göndər

Bu gün futbol üzrə Avropa çempionatı start götürür

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı start götürür.

aia.az-ın məlumatına görə, turnirin açılış mərasimi və ilk matçı İtaliyanın paytaxtı Romada baş tutacaq.

İlk oyun günündə A qrupunda mübarizə aparan İtaliya və Türkiyə üz-üzə gələcək.

A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024