AZ RU Mobil versiya
Qurban Qurbanovdan AVRO-2020 proqnozu
Tarix: 10-06-2021 | Saat: 11:37
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanovdan AVRO-2020 proqnozu

"İndidən Avropa çempionatında kimin finalda oynayacağını söyləmək çox çətindir".

AiA.Az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AVRO-2020 ilə bağlı fikir bildirərkən deyib.

"Təcrübəli mütəxəssis sabah start götürəcək turnirlə bağlı proqnoz vermək üçün komandaların oyunlarını görməyin vacibliyini vurğulayıb. Qurbanov qitə birinciliyində qrupdakı iki oyununu Bakıda keçirəcək Türkiyə millisinə azarkeşlik edəcəyini söyləyib: "AVRO-2020 başlayandan, komandaların oyununu gördükdən sonra hər hansı fikir söyləmək olar. İndi yalnız ürəyimdən keçənləri, kimi finalda görmək istədiyimi deyə bilərəm. Şübhəsiz çox istəyirəm ki, qardaş Türkiyənin millisi finalda oynasın. Həm də Türkiyəyə çox güvənirəm. Onların finalda oynayacağını düşünürəm".

Favorit komandalarla bağlı fikirlərini bölüşən Qurban Qurbanov finalla bağlı proqnoz da verib: "Bir çox iddialı komandalarda gəncləşməni görürəm. Fransa hazırda heyətinə görə digərlərindən üstün görünə bilər. İspaniya, Almaniya seçmələrinin heyətlərində dəyişikliklər var. Belçika yaxşı mənada fərqlənir. Son oyunları və nəticələri nəzərə alsaq, mən AVRO-2020-də İtaliya - Türkiyə finalının olacağını düşünürəm".

Qeyd edək ki, Avropa çempionatının açılış matçı sabah A qrupu çərçivəsində İtaliya ilə Türkiyə arasında keçiriləcək.




Məlumatlanmaq üçün Facebook səhifəmizi

663 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-06-2021
14-06-2021