Mobil versiya
Könül Nurullayeva sakinlərin üzləşdiyi problemləri müvafiq qurumlara ünvanlamaq məqsədilə qeydiyyata götürüb - FOTOLAR
Tarix: 09-06-2021 | Saat: 15:58
Bölmə:Manşet / Gündəm | çapa göndər

Könül Nurullayeva sakinlərin üzləşdiyi problemləri müvafiq qurumlara ünvanlamaq məqsədilə qeydiyyata götürüb

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar görüşlərini davam etdirir.

Keçirilən növbəti görüş İ.Həbibov küçəsi 55, 57, O.Vəliyev küçəsi 70 və Y. Səfərov küçələrində yaşayan sakinlər ilə baş tutub. Qəbul zamanı millət vəkili Nizami rayonu, İ.Həbibov küçəsi 55, 57 ünvanında yerləşən yataqxanaya baş çəkib, yataqxana sakinlərini narahat edən mühüm məsələlərlə maraqlanıb. Daha sonra isə deputat digər adı çəkilən ünvanların sakinləri ilə görüşərək onların şikayətlərini dinləyib. K. Nurullayeva seçicilərin bildirdikləri iradları və onların üzləşdiyi mühüm problemləri müvafiq qurumlara ünvanlamaq məqsədilə qeydiyyata götürüb.

Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, sakinləri narahat edən əsas məsələlər Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ətrafında yaşayanların qaz iyindən uzun müddət əziyyət çəkməsi, bəzi binalarda fövqəladə vəziyyətin yaşanması, işsizlik və uşaqların açıq havada fiziki məşğuliyyət və ya əyləncəsi üçün hər hansı bir şəraitin mövcud olmaması kimi dəyərləndirilib. Əlavə olaraq, K.Nurullayeva ziyarət etdiyi yataqxana sakinlərinin orada abadlaşdırma və təmir işlərinin görülməsi, həmçinin dam örtüklərinin bərpası istiqamətində etdikləri müraciətlərə də diqqət çəkib.

K.Nurullayeva bildirib ki, karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlərini bundan sonra da davam etdirəcək.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024