Mobil versiya
Bakıdakı AVRO-2020 oyunlarına neçə bilet satılıb?
Tarix: 09-06-2021 | Saat: 12:49
Bölmə:İdman | çapa göndər

Bakıdakı AVRO-2020 oyunlarına neçə bilet satılıb?

AVRO-2020-nin Bakıda keçiriləcək matçlarına ümumilikdə 44 min bilet satılıb.

Trend-in məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

E.Məmmədov qeyd edib ki, Bakı Olimpiya Stadionunun tutumu 68 min nəfərlikdir: "Nəzərə alsaq ki, bəzi yerlərdə UEFA-nın və telekanalların xüsusi studiyaları olunub, buna görə də arenanın hazırkı tutumu 62-63 min nəfərə qədər azalıb. Qaydalara əsasən, matça 50 faiz azarkeş buraxılacaq. Satışda da təxminən hər oyuna 32 min bilet olur. İndiyədək 4 matç üçün ümumilikdə 44 min bilet satılıb. Təbii ki, ortalama hesablasaq, satılan biletlərin sayı 1-ci oyun üçün 6 min-i keçib, ikinci matça - Uels - Türkiyə oyunu üçün 18 mini keçib, digər oyunlarda isə bərabərdir. 1/4 finalda iştirak edəcək komandaların adı məlum olmasa da, bu oyuna maraq çox böyükdür. Xüsusilə də əcnəbilərin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə