Mobil versiya
Bir sıra rayon xəstəxanasında qidalanmanın təşkili kobud şəkildə pozulub
Tarix: 08-06-2021 | Saat: 15:19
Bölmə:Seçki 2024 | çapa göndər

Bir sıra rayon xəstəxanasında qidalanmanın təşkili kobud şəkildə pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sorğusuna cavab olaraq bildirilib ki, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon Prokurorluqlarına göndərilib: "Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024