Mobil versiya
İspaniyadan Azərbaycana idxal olunan pomidor toxumunda qonur qırışıqlıq virusu aşkarlanıb
Tarix: 07-06-2021 | Saat: 17:00
Bölmə:Seçki 2024 | çapa göndər

İspaniyadan Azərbaycana idxal olunan pomidor toxumunda qonur qırışıqlıq virusu aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətində olan məhsullara nəzarət tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniya Krallığından ölkəmizə idxal olunan “Diamond seeds” toxum şirkətinə məxsus pomidor toxumuna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda qonur qırışıqlıq virusu aşkar edilib. Virus aşkarlanan pomidor toxumlarının satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin istehsalçı ölkənin müvafiq qurumuna respublikamızın ərazisinə idxal olunan bitki və bitkiçilik məhsullarında Azərbaycan Respublikasının fitosanitar tələblərinin pozulması barədə bildiriş göndərilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024