Mobil versiya
Messi Peleyə yaxınlaşdı
Tarix: 04-06-2021 | Saat: 17:30
Bölmə:İdman | çapa göndər

Messi Peleyə yaxınlaşdı

Milli komandada ən çox qol vuran futbolçuların siyahısında dəyişikliklər olub.
AİA.Az apasport.az-a istinadən xəbər verir ki, Çili ilə DÇ-2022-nin seçmə oyununda (1:1) qol vuran Lionel Messi Argentina yığmasında 72-ci dəfə fərqlənib.

Bu, cənubi amerikalının Miroslav Kloze də daxil olmaqla 71 qol vuranları arxada qoymaq imkanı verib. Messi Sunil Çetri və Majed Abdullaha çatıb. Bu "üçlük" 12-ci yerə şərikdir.

Son matçlara qədər Lionellə eyni sayda qol vuran Ali Mabut isə argentinalını arxada qoyub. BƏƏ yığmasının üzvü Malayziyanın qapısından iki top keçirərək aktivini 73 qola çatdırıb. Messi Futbol Kralı Peledən 5 top geridədir.

Qeyd edək ki, cədvələ Əli Daei başçılıq edir. Onun 109 qolu var. Kriştiano Ronaldo 103 dəfə fərqlənib. Ümumilikdə 17 futbolçu 70-dən çox qol vurub.

Millidə 70-dən çox qol vuranlar

1. Əli Daei (İran) - 109

2. Kriştiano Ronaldo (Portuqaliya) - 103

3. Moxtar Dahari (Malayziya) - 89

4. Ferens Puşkaş (Macarıstan) - 84



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024