Mobil versiya
"Bakıdakı oyunlarda qardaşlarımızı gözləyəcəyik" - Nihat Özdemir
Tarix: 04-06-2021 | Saat: 16:57
Bölmə:İdman | çapa göndər

"Bakıdakı oyunlarda qardaşlarımızı gözləyəcəyik" - Nihat Özdemir

"Avropa çempionatında qrupdan çıxmaq əsas məqsədimiz olacaq. Növbəti mərhələyə qələbələrlə yüksəlməyi hədəfləyirik".

Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib. 71 yaşlı funksioner bildirib ki, iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcəkləri AVRO-2020-nin açılış oyununun həyəcanını bütün futbolçular yaşayırlar: "Bu görüşü bütün dünya izləyəcək. O matçda uduzsaq belə, qrupda daha 2 oyunumuz və 6 xal imkanımız olacaq. Qrupdan 2 komanda 1/8 finala birbaşa çıxacaq. Növbəti mərhələyə 6 qrupun 3-cü yer sahiblərindən daha 4 ən yaxşısı da adlayacaq".

"Ay-ulduzlular" İtaliya ilə qarşılaşmanın ardından Bakıda Uels və İsveçrə ilə üz-üzə gələcək. Özdemir Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşmalarda türkiyəli və azərbaycanlı azarkeşləri tribunada gözlədiyini açıqlayıb: "İtaliyaya azarkeş aparma sarıdan həm viza, həm də tamaşaçı tutumu anlamında böyük çətinliklər yaşayırıq. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli və azərbaycanlı qardaşlarımızı matçlarda gözləyir, milli komandamızı dəstəkləmələrini istəyirik. Bir millət, iki dövlət olaraq, bir araya gələrək, millimizi dəstəkləyəcəyik. Azərbaycanda lazımi xalları alaraq, qrupdan çıxacağıq. Azarkeş dəstəyi sayəsində yığmamız daha yaxşı oynayaraq, daha yaxşı nəticələr göstərəcək".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024