Mobil versiya
Bakıda tanışını bıçaqlayana hökm oxundu
Tarix: 25-04-2016 | Saat: 12:31
Bölmə:Cəmiyyət | çapa göndər




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanışını bıçaqlayan Tural Adıgözəlzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aia.az Trend-ə itinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirlən T.Adıgözəlzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə keçən ilin iyul ayında Bakının Biləcəri qəsəbəsində baş verib. Lənkəran rayon sakini T.Adıgözəlzadə telefonda Biləcəri sakini Bəhruz Hacıyevlə mübahisə edib.

Sonra T.Adıgözəlzadə Lənkərandan Bakıya gəlib və B.Hacıyevlə görüşüb. Mübahisə zəminində T.Adıgözəlzadə B.Hacıyevi bıçaqlayıb, sonra yenidən Lənkərana qayıdıb.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində T.Adıgözəlzadə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1(sağlamlıq ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024