Mobil versiya  Bazar günü, 16 mart 2025, 01:49:00  
Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi AÇILDI
Tarix: 02-06-2021 | Saat: 11:07
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi

Ağcabədi rayonunda ana olan 15 yaşlı qız ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın dünyaya uşaq gətirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:

“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb”.

Qeyd edək ki, ötən gün 2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övlad dünyaya gətirib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə