Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi
Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi2-06-2021, 11:07. Yazar: sevinc1 |
![]() Ağcabədi rayonunda ana olan 15 yaşlı qız ilə bağlı cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın dünyaya uşaq gətirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb: “Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb”. Qeyd edək ki, ötən gün 2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övlad dünyaya gətirib. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. aia.az Geri dön |