Mobil versiya
Azərbaycanın hər bir oğlu, Hər bir əsgəri mərd və mübarizdir
Tarix: 31-05-2021 | Saat: 16:06
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın hər bir oğlu, Hər bir əsgəri mərd və mübarizdir


44 günlük müharibə Azərbaycan Ordusunun güc və qüdrətini, xalqımızın isə birliyini bir daha nümayiş etdirdi

Artıq 30 ilə yaxın idi ki, müqəddəs Qarabağ torpaqları düşmən tapdağı altında idi. Hər dəfə də bir-birimizə xoş sözlər söyləyərkən “Gün o gün olsun torpaqlarımız geri alınsın, doğma Qarabağda görüşərik” ifadəlrini söyləyirdik. Bəli, həmin an yetişdi. Ermənilər heç bir danışıqlara məhəl qoymadan ərazilərimizə yenidən təcavüz etdilər. Şanlı ordumuz da əks-hücuma keçərək düşmənə layiq olduğu yeri göstərdi. Vətən müharibəsi başlanan gündən vətənpərvər igidlərimiz silaha sarılıb düşmənə qan uddururdu. Ordumuzun gücü, xalqımızın birliyi düşmənə qan udduran döyüşlçülərimizdə böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Komandan cənab İlham Əliyev hər dəfə böyük coşqu ilə torpaqlarımızın işğaldan azad olunması xəbərini xalqımıza çatdıranda hər birimizin qəlbi sevinc, fərəh hissi ilə dolurdu. Bəli, Azərbaycan dövləti yenilməzdir, Azərbaycan Ordusu qüdrətlidir. Artıq bütün dünya dövlətimizin bu qüdrəti qarşısında söz deməyə acizdir. Çünki gücümüz, birliyimiz göz önündədir. Ordumuzun şücaəti isə danılmazdır. Vətən müharibəsində şücaəti ilə seçilən igidlərimiz sayagəlməzdir. Onların hər biri fəxrimiz, qürur mənbəyimizdir. Belə oğullardan biri də Artur Muluddin oğlu Yarəhmədovdur. Artur Yarəhmədov 1962-ci ildə Xaçmaz rayonunda anadan olub. Xaçmaz rayonu, Xudat şəhəri Çkalov adına tam orta məktəbi bitirib. 1980-ci ildə hərbi xidmətə yollanıb, hərbi xidmətini də Rusiya Federasiyasında keçib. Vətənə olan borcunu ödədikdən sonra Bakı şəhərinə gəlib, fabriklərin birində usta kimi çalışıb. 1993-cü ildə könüllü olaraq Qarabağa gedib, 3 aydan sonra döyüşdə snaryadın qəlpələrindən sağ ayağını itirib, sol qolundan isə ağır yaralanıb. Tərtər istiqamətində gedən döyüşlərdə də fədakarcasına iştirak etmişdir. Döyüşlərdə xüsusi fərqləndiyinə və vətənpərvərliyinə görə əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, mənzillə təmin edilmişdir. Artur Yarahmədovun sərbəst hərəkət məhdudiyyəti olduğundan uşaqlıq dostu Rauf Hollandiyadan ona əlil arabası göndərir. Lakin amansız ölüm kabusunu onun üzərindən çəkmir, 2018-ci ildə dünyasını dəyişir. O, Xudat şəhər Nəsimi sovxozunda dəfn olunur. Matəm xərclərini də bu dəfə dostu Rauf Həsən oğlu Hüseynov ödəyir. Allah ondan razı olsun.

Nə yaxşı ki, həyatda xeyirxah insanlar var. Rauf Hüseynov da xeyirxahlığı ilə neçə-neçə insanların sevincinə səbəb olub. O, 27 avqust 1962-ci ildə Bakı şəhərində anadan olub. 1981-1983-cü illərdə Əfqanıstanda xidmət edən Rauf 1979-cu ildə Volqoqrad şəhərinə təhsilini davam etdirməyə gedib. 1981-ci ildə hərbi xidmətdən geri dönüb. 2000-ci ildən Hollandiyada yaşayır. Xeyriyyəçiliklə məşğuldur. Onlarla fiziki qüsuru olan insanları əlil arabası ilə təmin edib. Doğma Vətəni Azərbaycana çox bağlıdır. Onu da qeyd edək ki, Rauf Hüseynov artıq 15 ildir 1941-1945-ci illlər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsini yad etmək məqsədilə dövlətdən icazə alaraq anım tədbirləri təşkil edir.

Bəli, Azərbaycanın hər bir oğlu, hər bir əsgəri mərd və mübarizdir. Bütün Azərbaycan məhz belə oğullarla fəxr edir.

Eşq olsun Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə, Şanlı Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır.




Şıxkərimov Elxan,
Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Xudat üzrə sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024