Mobil versiya
Müzəffər Ordumuz Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı
Tarix: 31-05-2021 | Saat: 10:55
Bölmə:Seçki 2024 | çapa göndər

Müzəffər Ordumuz Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı

Vətən müharibəsində Böyük Qələbəmizdə vacib olan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamlı davamı idi. Dövlət başçısının son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata kecirilməsini təmin edib.

Ordu nə qədər güclü müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla təchiz olunsa da, döyüş meydanında son sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Vətən müharibəsində uğur qazanmağımızda Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsi çox önəmli idi. Yeni tarix yazan Müzəffər Ordumuzun hərbi qulluqçularının göstərdiyi rəşadət, igidlik, qanı və canı bahasına əldə olunmuş Böyük Qələbə hər birimizə qürürverici anlar yaşatdı.

Böyük Qələbəmizdə bütün qoşun növlərinin öz payı vardır. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların xidməti isə əvəzsiz olmuşdur. Ümumilikdə, döyüş əməliyyatlarında Ordu korpusları, sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edərək ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları isə itkilərin minumuma endirilməsində əvəzsiz yer tutmuşdur. Pilotsuz uçuş aparatları təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funkiyalarını yerinə yetirirdi. Bəzi kadrlardan da məlum olduğu kimi hədəf dəqiq müəyyən olunur, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnmişdir.
Bəli, 44 günlük müharibə bizim şanlı tariximizdir və bu tarix əbədi qalacaqdır. 44 günlük Vətən müharibəsi bu gün nəinki ölkəmizdə, hətta dünyanın ən aparıcı ölkələrinin ali hərbi məktəblərində də dərindən öyrənilir. Hər bir Azərbaycan vətəndaşının bu gün ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Şanlı qələbədən aylar ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq. Axı, məhz bu ordu Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı.

Əsmər Bədəlova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
[b][/b]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024