Mobil versiya
Yunanıstan-Bolqarıstan interkonnektorunun 90 kilometrlik sahəsində işlər başa çatıb
Tarix: 27-05-2021 | Saat: 15:57
Bölmə:İqtisadiyyat | çapa göndər

Yunanıstan-Bolqarıstan interkonnektorunun 90 kilometrlik sahəsində işlər başa çatıb


Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) 90 kilometrlik sahəsində işlər başa çatıb.

Trend bu barədə ICGB AD layihə şirkətinə istinadən bildirir.

Qeyd olunur ki, mayın sonunadək 182 kilometrlik boru kəmərinin 145 kilometri qaynaq edilib:

"90 kilometrlik sahədə işlər tamamlanıb. Layihənin reallaşdırılması sürətləndirilmiş tempdə davam edir, pandemiya ilə bağlı yaranmış vəziyyətə baxmayaraq bütün əsas işlər irəliləyir".

Xatırladaq ki, Yunanıstanla Bolqarıstanın qaz-nəqliyyat sistemlərini birləşdirəcək IGB kəmərinin uzunluğu 182,6 kilometr, illik buraxılış gücü 3 milyard kubmetr olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024