Mobil versiya
Kəlbəcərdə saxlanılan erməni diversantların ADLARI
Tarix: 27-05-2021 | Saat: 11:11
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Kəlbəcərdə saxlanılan erməni diversantların

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində təxribat törətməyə cəhd edərkən saxlanılan erməni diversantların adlarını açıqlayıb.

aia.az xəbər verir ki, saxlanılan şəxslər A.N. Abqaryan, İ.A. Sarkisyan, V.V Sarkisyan, B. S. Ohanyan, A.Q. Budoyan və V.O. Rafaelyandır. Onların müqaviləli hərbi qulluqçular olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024