Mobil versiya
Qadın idman gimnastlarımız Kiyevdən medallarla dönür
Tarix: 24-05-2021 | Saat: 12:39
Bölmə:İdman | çapa göndər

Qadın idman gimnastlarımız Kiyevdən medallarla dönür

Bu həftəsonu Kiyevdə (Ukrayna) idman gimnastikası üzrə beynəlxalq turnir təşkil edilib.

Turnirdə ölkəmizi qadın idman gimnastikası üzrə yığma komandanın üzvləri Marina Nekrasova, Milana Minakovskaya və Nazənin Teymurova təmsil edib.

Komandanın lideri Marina sevimli aləti dayaqlı tullanma üzrə hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda çıxışına görə o, 3-cü olub, çoxnövçülükdə isə medalın bir addımlığında dayanıb.

Yarışda gənclər arasında yarışan Nazənin Teymurova isə 4 medal qazanıb. Sərbəst hərəkətlərdə gümüş əldə edən gimnastımız, çoxnövçülük, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Böyüklər arasında daha bir təmsilçimiz Milana isə sərbəst hərəkətlərdə 5-ci, müxtəlif hündürlüklü qollarda 6-cı və çoxnövçülükdə 9-cu olub.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə