Mobil versiya
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb
Tarix: 24-05-2021 | Saat: 11:18
Bölmə:Ölkə | çapa göndər

ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan bildiriblər ki, mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 243 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025