Ana Sayfa > Ölkə > ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb24-05-2021, 11:18. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan bildiriblər ki, mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 243 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. AİA.Az Geri dön |