Mobil versiya
Tokio Olimpiadasında iştirak edəcək idmançılarımıza peyvənd vurulacaq
Tarix: 21-05-2021 | Saat: 18:43
Bölmə:İdman | çapa göndər

Tokio Olimpiadasında iştirak edəcək idmançılarımıza peyvənd vurulacaq

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O bildirib ki, koronavirus infeksiyasına yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaq. Xəstəliyə yoluxan və orqanizmində anticisim yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax sonuncu çıxışında bildirib ki, Atletlər Kəndində məskunlaşan Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayana qədər vaksinasiya olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024