Mobil versiya
Anar Məmmədxanovun qızının Avropa üçün nəzərdə tutulmuş FOTOLARI
Tarix: 14-07-2015 | Saat: 18:28
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər


Məryəm füsunkar milli geyimlərdə Avropada yayılacaq 3 dildə kataloqda yer alacaq
Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir Azərbaycanın milli geyimlərinə həsr edilmiş layihənin reallaşdırılmasına başlayıblar. ANS PRESS-in məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Mərkəzin təsisçisi və direktoru, modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğidir: “Biz qədim geyim ənənələrimizin bütün füsunkarlığını müasir stilizasiya ilə göstərmək istəyirik. Layihədə tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri və həttta məşhur şəxslərin övladları iştirak edəcəklər”.

Bu dəfə layihədə “Bakılı oğlanlar” şən və hazırcavablar komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun qızı Məryəm iştirak edib. O, füsunkar milli geyimlərdə qarşıya çıxıb. Obrazlar üzərində stilist-vizajist, bir sıra milli mükafatların sahibi Səbinə İmanova işləyib.

Layihənin çəkilişləri dünyanın ən iri xalça fabriklərindən biri olan “Azərilmə”nin (direktor Vidadi Muradov) ərazisində aparılıb.

Qeyd edək ki, Norveçin “2014-cü ilin fotoqrafı” mükafatının sahibi, “Bilder Nordic School of Photography”nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. O, 8 ildir Norveçdə yaşayır və işləyir. F.Nadir bu ölkənin vətəndaşıdır. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.
















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə