Mobil versiya
Sevgilisini qətlə yetirərək intihara cəhd edən polis əməkdaşı ölüb
Tarix: 21-05-2021 | Saat: 09:31
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Sevgilisini qətlə yetirərək intihara cəhd edən polis əməkdaşı ölüb

Yasamal rayonu ərazisində sevgilisini öldürərək intihara cəhd edən rayon polis idarəsinin əməkdaşı gecə saatlarında müalicə olunduğu xəstəxanada ölüb.

aia.az-ın məlumatına görə, ağır yaralanan 26 yaşlı H.Osmanovu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünən Yasamal rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov yaşadığı Yasamal rayonu, 1055-ci məhəllə, 7 saylı binaya gələrək, binanın 14-cü mərtəbəsində kirayə yaşayan, qonşusu 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qısqanclıq zəminində qətlə yetirib.

Polis əməkdaşı qadını qətlə yetirəndən sonra onun yaşadığı binanın balkonuna çıxaraq özünü güllələyib. Polis əməkdaşı özünü güllələdikdən sonra balkondan atılmaq istəyib, lakin paltarı balkonun sürahisinə ilişdiyindən oradan asılı qalıb. Polisin hadisəni törətdiyi tabel silahı binanın həyətindən tapılıb.

Məlumata görə, qətlə yetirilən qadın həyat yoldaşından ayrı, azyaşlı qızı ilə yaşayırmış.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024