Mobil versiya
Nəbi İsgəndərov: “Şuşada keçirilmiş “Xarıbülbül” festivalı həm Qələbəmizi, həm də ümumxalq birliyini tərənnüm edən möhtəşəm musqu bayramı idi”
Tarix: 20-05-2021 | Saat: 16:02
Bölmə:Seçki 2024 | çapa göndər

Nəbi İsgəndərov: “Şuşada keçirilmiş “Xarıbülbül” festivalı həm Qələbəmizi, həm də ümumxalq birliyini tərənnüm edən möhtəşəm musqu bayramı idi”

“Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycana yeni, möhtəşəm nailiyyətlər qazandırmaqda davam edir. Sözsüz ki, Azərbaycanın son iki əsrdə qazandığı ən böyük zəfər bizim Vətən müharibəsində əlgə etdiyimiz tarixi Qələbədir. Bu Qələbə sayəsində 30 il işğal altında qalan torpaqlarımız azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu. May ayının 12-13-də Şuşada keçirilmiş “Xarıbülbül” festivalı da bu Qələbəmizi və eyni zamanda da onu təmin etmiş əsas amillərdən biri olan ümumxalq birliyini tərənnüm edən möhtəşəm bir musqu bayramı oldu.” Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İsgəndərov deyib.

Şuşada keçirilmiş “Xarıbülbül” festivalının Azərbaycanın indi də mədəniyyət sahəsində əldə etdiyi növbəti möhtəşəm qələbə olduğunu vurğulayan Nəbi İsgəndərov bildirib ki, bu möhtəşəm musiqi bayramı sözün əsl mənasında ölkəmizdə mövcud olan multikulturalizm mühitinin bariz təntənəsidir: “Əlbəttə ki, Şuşada keçirilən möhtəşəm festival Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə sıx əlaqəlidir. Belə ki, Zəfər əldə olunmadan, torpaqlarımız işğaldan azad edilmədən Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalını keçirmək mümkün olmazdı. Digər tərəfdən isə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəni təmin edən əsas amillərdən biri də məhz ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalzim mühiti və bu əsasda formalaşmış möhtəşəm ümumxalq birliyi və həmrəyliyi olmuşdur. Eyni zamanda da “Xarıbülbül” festivalının bir ictimai-mədəni hadisə kimi özündə ehtiva etdiyi mənəvi dəyərlərin içərisində məhz elə tolerantlıq və multikulturalzim əsas yer tuturlar. Təsadüfi deyil ki, festival Azərbaycanda yaşayan digər xalqların da nümayəndələrini əhatə etmiş oldu və tədbirin gedişində möhtərəm dövlət başçımızın tövsiyyəsinə uyğun olaraq ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri çıxış etdilər. Həqiqətən də Vətən müharibəsində əldə olunmuş Qələbədə Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Bu müharibə bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və lazım gəldikdə istənilən bir düşmənə qarşı çiyin-çiyinə birgə mübarizəyə də qalxırlar.”

Həmçinin Nəbi İsgəndərov bildirib ki, “Xarıbülbül” festivalı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin daha bir təntənəsi kimi dəyərləndirilməlidir: “Birmənalı olaraq deməliyik ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyən etdiyi və son 18 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun bir nəticəsidir. Məhz bu kursun sayəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf edərək qüdrətli ordu yaratmaq imkanı əldə etmişdir ki, bu da müharibənin bizim qələbəmizlə nəticələnməsinin əsas səbəblərindən biridir. İkinci bir tərəfdən isə, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi təmin edən amillərdən biri də bu gün ölkəmizdə mövcud olan ümumxalq birliyi və həmrəyliyidir ki, bu mühit də Azərbaycanda məhz Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin nəticəsi kimi formalaşmışdır. Həqiqətən də Azərbaycan bu gün tolerantlıq və multikulturalizmin ən təkmil formada təzahür etdiyi ölkələrdən biri, bəlkə də birincisidir. İşğaldan azad edildikdən sonra Şuşada keçirilmiş “Xarıbülbül” festivalı da bunun ən bariz nümayişi oldu. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda yaşanan bu birliyi qısqanan bütün qüvvələrə səslənərək bütün dünyaya Şuşadan, qədim torpağımızdan növbəti mesajını verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.” Həqiqətən də bir çox dünya ölkələrinin bu gün tolerantlıq və multikulturalizmin məhz Azərbaycan modelini özlərində tətbiq etmələrinə böyük ehtiyac vardır.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024