Mobil versiya
“Uduzmağı da bacarmaq lazımdır” - Qurban Qurbanov
Tarix: 20-05-2021 | Saat: 08:19
Bölmə:İdman | çapa göndər

“Uduzmağı da bacarmaq lazımdır” -

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci - sonuncu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Baş məşqçi 0:1 hesabıyla məğlub olduqları matçdan sonra bunları deyib:

“Bu cür sonluq futbola sevgini daha da artırır. Belə hallar olur. Məğlubiyyətə də hazır olmalıyıq. Uduzmağı da bacarmaq lazımdır. Bu, futbolun prinsiplərindən biridir. Hər zaman uğur əldə etmək olmur.

Çempionluq münasibətilə “Neftçi”ni, bu klubun azarkeşlərini, Samir Abasovu təbrik edirəm. Hər zaman yerli məşqçilərin uğuruna sevinirəm. Sonadək mübarizə apardıq. Futbolçularımı da təbrik etdim. Mövsüm bizim üçün çox ağır keçdi. Biz komandaya qarşı mübarizə apardıq. Baş məşqçilər arasında hər şey normaldır. Siz necə qəbul edirsiniz, edin”.

Qeyd edək ki, "Neftçi" son turda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək tarixində 9-cu dəfə ölkə çempionu olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024