Mobil versiya
“Neftçi” Azərbaycan çempionu oldu
Tarix: 20-05-2021 | Saat: 08:15
Bölmə:Karusel / İdman | çapa göndər

“Neftçi” Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.

Adalet.az xəbər verir ki, çempionatın son görüşündə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilən görüş "Nefçi" klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Əhməd Əhmədov (90+3 dəqiqə) vurub.

Bununla da xallarının sayını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyaraq qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.

"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021-2022-ci il mövsümündə UEFA Konfrans Liqasına qatılacaq.

Qeyd edək ki, "Ağ-qaralar"a qızıl medalları baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024