Mobil versiya
Zöhrab Salayev: “Şuşa milli-mədəni irsimizin ən böyük xəzinəsidir”
Tarix: 19-05-2021 | Saat: 08:57
Bölmə:Seçki 2024 | çapa göndər

Zöhrab Salayev: “Şuşa milli-mədəni irsimizin ən böyük xəzinəsidir”

“Müqəddəs Ramazan bayramında Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib başa çatdırılması və orada bayram namazının qılınması, həmçinin yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vəhşiliyinin dağıdıcı təsirinə məruz qalmış bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması bir daha onu göstərir ki, Azərbaycanda dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq bütün insanlar sülh, əmin-amanlıq və qardaşlıq şəraitində yaşayırlar.” Bu sözləri saytımıza verdiyi açıqlamada Lerik Rayon Təhsil Şöbəsinin müdiri, YAP Lerik rayon təşkilatı Ağsaqqallar Şurasının üzvü Zöhrab Salayev deyib.

Hakim partiyanın təmsilçisi xüsusi olaraq vurğulayıb 12-13 may tarixində Şuşada “Xarıbülbül” musiqi festivalının məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi heç də təsadüfi deyil və böyük rəmzi məna daşıyır: “Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi onu göstərir ki, biz öz dini, milli, mənəvi köklərimizə son dərəcə bağlı olan bir xalqıq. Məhz elə bu bağlılıq da bizim üçün torpaqlarımızı işğaldan azad etəmkdə ən böyük stimul rolunu oynadı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tarixi Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. Torpaqlarımızın 20%-ni uzun illər ərzində işğal altında saxlayan erməni qəsbkarları 30 ildə bu ərazilərdə bir daşı belə daş üstünə qoymadılar. Hər zaman olduğu kimi, riyakar, yalançı xislətlərinə sadiq qalaraq bütün dünyaya Qarabağın erməni torpaqları olmasına dair uydurmalar yaymaqlarına rəğmən işğalçılar gec-tez bu yerlərdən getməli olacaqlarını hamıdan yaxşı bilirdilər. Buna görə də bütün bu illər ərzində onların işğal etdikləri ərazilərdəki bütün fəaliyyətləri yalnız talançılıq və soyğunçuluqdan ibarət olub. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl yaradıcı xalqın öz torpaqlarında necə davranmalı olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Vətən torpaqlarını işğaldan azad etdikdən dərhal sonra cənab İlham Əliyev artıq dövlətin başçısı kimi həmin ərazilərdə bərpa və quruculuq işlərinə başladı. Hələ beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada dövlət başçımızın göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa olundu. O vaxt məscidin açılışında möhtərəm Prezidentimiz demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Belə də oldu. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır və bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.”

Daha sonra Zöhrab Salayev bildirib ki, “Xarıbülbül” festivalı Azərbaycanın qələbələrinin mədəniyyət sahəsində davamı olaraq dəyərləndirilməlidir. Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, bu möhtəşəm musiqi bayramı sözün əsl mənasında ölkəmizdə mövcud olan multikulturalizm mühitinin növbəti təntənəsidir: “Əslində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə də, Şuşada keçirilən möhtəşəm festival da biri digərini şərtləndirən hadisələrdir. Əlbəttə ki, Zəfər əldə olunmadan, torpaqlarımız işğaldan azad edilmədən Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalını keçirmək mümkün olmazdı. Digər tərəfdən isə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəni təmin edən əsas amillərdən biri də məhz ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalzim mühiti və bu əsasda formalaşmış möhtəşəm ümumxalq birliyi və həmrəyliyi olmuşdur. Eyni zamanda da “Xarıbülbül” festivalının bir ictimai-mədəni hadisə kimi özündə ehtiva etdiyi mənəvi dəyərlərin içərisində məhz elə tolerantlıq və multikulturalzim əsas yer tuturlar. Təsadüfi deyil ki, festival Azərbaycanda yaşayan digər xalqların da nümayəndələrini əhatə etmiş oldu və tədbirin gedişində möhtərəm dövlət başçımızın tövsiyyəsinə uyğun olaraq ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri çıxış etdilər. Həqiqətən də Vətən müharibəsində əldə olunmuş Qələbədə Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Bu müharibə bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və lazım gəldikdə istənilən bir düşmənə qarşı çiyin-çiyinə birgə mübarizəyə də qalxırlar. Birmənalı olaraq vurğulamaq lazımdır ki, Qələbəmizi təmin edən vacib amillərdən biri kimi bu gün ölkəmizdə mövcud olan ümumxalq birliyi və həmrəyliyidir də Azərbaycanda məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik daxili siyasətin nəticəsi kimi formalaşmışdır.”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024