Mobil versiya
Elmi seminar: Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün metodların tətbiqi
Tarix: 18-05-2021 | Saat: 16:49
Bölmə:Təhsil | çapa göndər

Elmi seminar: Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün metodların tətbiqi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün metodların tətbiqi” mövzusuna həsr olunmuş onlayn elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, məruzəni təqdim edən böyük elmi işçi Səbinə Məmmədzadə transliterasiya metodları barədə məlumat verib. O, Azərbaycan dili qrafikasının transliterasiyası sahəsində mövcud vəziyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycan dili qrafikası ingilis, fransız, alman və digər geniş yayılmış dillər üçün qəbul olunan latın qrafikalarından həm səslənmə, həm də kəmiyyət baxımından fərqlənir. Müəyyən hərflərin əksər dillərdə tanınmaması (məsələn, “ğ”, “ı”, “ə” və s.), bəzi hərflərin qarşılığının olmaması səbəbindən olduğu kimi saxlanması (məsələn, “ü”, “ö” və s.) , digər dillərdəki hərflərin Azərbaycan dilində olmaması həm də transliterasiya prosesini çətinləşdirir.

Daha sonra məruzəçi Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün metodların tətbiqindən bəhs edib.

Azərbaycan-fars dillərinin transliterasiyasından danışan S.Məmmədzadə vurğulayıb ki, əlifbamızdakı “e”, “i”, “o”, “ö”, “u” və “ü” hərfləri sözün əvvəlində, ortasında və sonunda fars əlifbasının fərqli hərf birləşmələri ilə əvəzlənir.

Sonda suallar cavablandırılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024