Mobil versiya
Məktəb direktorları, psixoloqlar və müəllimlər üçün təlimlər yekunlaşıb
Tarix: 17-05-2021 | Saat: 19:25
Bölmə:Təhsil | çapa göndər

Məktəb direktorları, psixoloqlar və müəllimlər üçün təlimlər yekunlaşıb

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimlər yekunlaşıb.

Təhsil Nazirliyindən bildirilib ki, təlimlərdə 100 məktəb direktoru, 5 min 960 müəllim və 73 psixoloq iştirak edib.

Proqram üzrə təlimlər “Məktəbdə psixoloji xidmət sistemi: məqsədi və prinsipləri, xidmət sahələri, psixoloji xidmətin növləri, psixo-sosial dəstək və kriz anında müdaxilə”, “Xüsusi təhsil”, “Böhran vəziyyətində koqnitiv-bihevioral terapiya strategiyaları”, “Öyrənmə psixologiyası”, “İnkişaf psixologiyası” mövzularını əhatə edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə