Ana Sayfa > Təhsil > Məktəb direktorları, psixoloqlar və müəllimlər üçün təlimlər yekunlaşıb
Məktəb direktorları, psixoloqlar və müəllimlər üçün təlimlər yekunlaşıb17-05-2021, 19:25. Yazar: admen |
“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimlər yekunlaşıb. Təhsil Nazirliyindən bildirilib ki, təlimlərdə 100 məktəb direktoru, 5 min 960 müəllim və 73 psixoloq iştirak edib. Proqram üzrə təlimlər “Məktəbdə psixoloji xidmət sistemi: məqsədi və prinsipləri, xidmət sahələri, psixoloji xidmətin növləri, psixo-sosial dəstək və kriz anında müdaxilə”, “Xüsusi təhsil”, “Böhran vəziyyətində koqnitiv-bihevioral terapiya strategiyaları”, “Öyrənmə psixologiyası”, “İnkişaf psixologiyası” mövzularını əhatə edib. AİA.Az Geri dön |