Mobil versiya
Ekvadorda daha bir güclü zəlzələ
Tarix: 22-04-2016 | Saat: 15:30
Bölmə:Cəmiyyət | çapa göndər

Ekvadorda daha bir güclü zəlzələ


Ekvadorda yenidən güclü zəlzələ qeydə alınıb.

Aia.az xarici mediaya istinadən bildirir ki, aprelin 21-i axşam saatlarında qeydə alınan zəlzələ 6 bal gücündə olub.

Yeraltı təkanların episentri Portovyexo şəhərindən 74 kilometr məsafədə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələ ki məlumat verilmir.

Xatırladaq ki, 6 gün əvvəl Ekvadorda 7,8 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Son məlumata görə, zəlzələ qurbanlarının sayı 587 nəfərə çatıb, 150 nəfərə yaxın insan isə itkin düşüb. Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə