Mobil versiya
Bakı-Gəncə qatarı müvəqqəti olaraq Abşeron Dairəvi Dəmir yolu istiqamətində xidmət göstərəcək
Tarix: 17-05-2021 | Saat: 18:13
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakı-Gəncə qatarı müvəqqəti olaraq Abşeron Dairəvi Dəmir yolu istiqamətində xidmət göstərəcək

“Xırdalan dairəsi”ndə yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı-Sumqayıt xəttinə yönəldilmişdi. Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyi üçün həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AİA.Az-a bildirilib ki, sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb. Bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024