Ana Sayfa > İqtisadiyyat > Bakı-Gəncə qatarı müvəqqəti olaraq Abşeron Dairəvi Dəmir yolu istiqamətində xidmət göstərəcək
Bakı-Gəncə qatarı müvəqqəti olaraq Abşeron Dairəvi Dəmir yolu istiqamətində xidmət göstərəcək17-05-2021, 18:13. Yazar: admen |
“Xırdalan dairəsi”ndə yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı-Sumqayıt xəttinə yönəldilmişdi. Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyi üçün həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-dən AİA.Az-a bildirilib ki, sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb. Bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək. AİA.Az Geri dön |