Mobil versiya
Azərbaycanda 3 mütəşəkkil dəstə zərərsizləşdirilib
Tarix: 22-04-2016 | Saat: 14:41
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda 3 mütəşəkkil dəstə zərərsizləşdirilib


Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı bu günlərdə keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9 nəfər Banqladeş vətəndaşı saxlanılıb.

Aia.az bildirir ki, Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşları Shidda Hamonta və Miah Shobujun Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya kanalı təşkil etməyə çalışdıqları məlum olub. Belə ki, Shidda Hamonta ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşlarını qanunsuz olaraq dövlət sərhədini keçməyə və Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya axınına qoşulmağa sövq etdiyi müəyyən edilib. Nəticədə Shidda Hamonta tərəfindən ölkəmizdə gəmiqayırma sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşları MD Masud Sheikh, Hasen, MD Farok Talokder və Raju Mridhanın aldadılaraq qanunsuz miqrasiya kanalına qoşulmaq üçün öz iş yerlərini tərk etdikləri aşkar olunub.

Eyni zamanda qanunsuz miqrasiya kanalının digər təşkilatçılarından olan Miah Shobuj tərəfindən Banqladeş vətəndaşları Tazul İslam, Rasel Mustafa Choudury və Mukhibury Rahmanın aldadılaraq Azərbaycana gətirildikləri müəyyən edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 4 ay ərzində Azəraycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil etməyə cəhd göstərən 3 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024