Mobil versiya
HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir
Tarix: 15-05-2021 | Saat: 13:54
Bölmə:Seçki 2024 | çapa göndər

HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərdə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024