Mobil versiya
Buffon "Yuventus"dan niyə ayrılır?
Tarix: 12-05-2021 | Saat: 18:07
Bölmə:İdman | çapa göndər

Buffon "Yuventus"dan niyə ayrılır?

"Yuventus"un qapıçısı Canluici Buffonun klubdan ayrılmaq qərarına gəlməsinin səbəbi məlum olub.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 43 yaşlı qolkiperin komandanı tərk etmək istəməsinə baş məşqçi Andrea Pirlo ilə münasibətləri də təsir edib. Buffonla Pirlo birgə 2006-cı il dünya kubokunu qazanan yaxın dostlardır. Qapıçı 42 yaşlı mütəxəssisin ona daha çox oyun şansı verəcəyini və komandaya fəal təsir edə biləcəyini düşünürdü. Lakin Pirlo Turin klubunun digər qolkiperi Voyçex Şesniyə daha çox güvənir.

Qeyd edək ki, Buffon ötən gün verdiyi açıqlamada bu mövsümün sonunda klubdan ayrılacağını bildirin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024