AZ RU Mobil versiya
Zakir Quliyevin rəhbərliyi ilə növbəti videokonfrans keçirilib - FOTOLAR
Tarix: 08-05-2021 | Saat: 16:20
Bölmə:Cəmiyyət | çapa göndər

Zakir Quliyevin rəhbərliyi ilə növbəti videokonfrans keçirilib

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin dəqiqləşdirilməsi və pambığın vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və pambıq əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.
İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev cari ildə əkilən pambıq sahələrinin yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və şirkətlərlə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi

5228 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021