AZ RU Mobil versiya
Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi - RƏSMİ
Tarix: 07-05-2021 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi -

Daha bir hərbi qulluqçumuzun nəşi tapılıb.

Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Qeyd edək ki, Elməddin Vəkilov 1988-cu il avqustun 21-də anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşmüşdü.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5111 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021