AZ RU Mobil versiya
YAP Saatlı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümü münasibətilə videokonfrans keçirib
Tarix: 07-05-2021 | Saat: 14:53
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Saatlı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümü münasibətilə videokonfrans keçirib

7 may 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycanın dayanıqlı inkişafının əsasıdır” mövzusunda videokonfrans keçirib.

Videokonfransda Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilatıının sədrləri, partiya fəalları iştirak edib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş vətən Şəhidlərinin, dünyasını dəyişən partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Videokonfransda çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirdi ki, Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşmaq imkanı XX əsrin 90-cı illərində yarandı. Lakin əsrin əvvəllərində baş verən hadisələrin demək olar ki,təkrarı baş verməyə başladı. Yenədə daxildəki çəkişmələr, hakimiyyət uğrunda amansız mübarizə, xaricdən təhditlər və ermənilər tərəfindən torpaqlarımızın işğalı eyni aqibətin yaşanacağına şübhə doğurmurdu. Artıq nəinki yenicə qazanılan dövlət müstəqilliyi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə,real təhlükə qarşısında idi. Azərbaycanda çox həssas və narahat ictimai siyasi vəziyyət yaranmışdı. Son anda azərbaycan xalqı müdrikliyini nümayiş etdirdi,üzünü sınanmış və sədaqətli oğlu Heydər Əliyevə tutdu. Ulu Öndər xalqın bu çağırışına biganə qalmadı, xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıdaraq ölkəni məhv olmadan xilas etdi, heç kəsin görə bilməyəcəyi işləri qısa zaman kəsiyində yerinə yetirdi. Müharibədə atəşkəsə nail olundu, yeni ərazilərin işğalının qarşısı alındı, qeyri-qanuni silahlı dəstələr zərəsizləşdirildi, xaos və anarxiyaya son qoyuldu, möhkəm və dönməz sabitlik yaradıldı. Heydər Əliyev zəkası və əzmi, qətiyyət və iradəsi sayəsində az vaxtda Azərbaycan bir dövlət kimi məhvolmadan, böhran və xaosdan qurtuldu.

Heydər Əliyev əvvəlki iqtidarların heç birinin bacarmadığı bir işi reallaşdırdı, Azərbaycanın bütün dövrlərdə inkişafını təmin edən yeni neft strateqiyasını hazırladı. 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə “Əsrin Müqaviləsi” neft kontraktı müstəqil Azərbaycanın iqtisadi inkişafına,yüksəlişinin təməlinə çevrildi. Bu strategiya iqtisadiyyatı dirçəltməklə yanaşı, Azərbaycanın dünyaya inteqrasiyasında, beynəlxalq əlaqələrinin yaranmasında, inkişafında və möhkəmlənməsində mühüm rol oynadı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən dövləti daim tərəqqi və inkişaf yolu ilə aparan,xalqın rifahının durmadan yüksəldilməsini təmin edən siyasi kursun davamçısının hazırlanmasıdır. Ulu öndər Heydər Əliyevin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin başlıca amilinə çevrilmiş, ölkədə qazanılan uğur və nailiyyətlər bu kursun yaşarlığını və reallığını, xalqın istək və arzularını nailiyyətlərini gerçəkləşdirmə qabiliyyətini dönə-dönə təsdiq etmişdir.

Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 30 illiyi təntənə ilə qeyd ediləcəkdir. Ümumilikdə 30 il müstəqilliyin möhkəmləndirilməsi, uğurlu islahatlar keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin bərpa olunması, ölkənin dünya birliyinə inteqrasiyası, Azərbaycanın iqtisadi və mənəvi cəhətdən yüksəlişi ilə əlamətdar olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, uğurlu islahatların keçirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası, iqtisadi və mənəvi cəhətdən yüksəlişi və digər nailiyyətlər əldə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi, birlik, iradə, əzmkarlıq nümayiş etdirərək tarixi missiyasını yerinə yetirdi. Azərbaycan istəyinə nail oldu, ədaləti bərpa etdi, 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoyaraq şanlı tarixini yazdı. Bütün bu uğurların əldə olunmasında çox hörmətli birinci-vitseprezident Mehriban Əliyevanın xüsusi yeri və rolu vardır. Bu müddət ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edərək məsul məsələlərin həllində Mehriban xanım Prezident İlham Əliyevin yanında onun ən yaxın silahdaşı olaraq doğma vətənimizin milli mənəvi dəyərlərinin dünya miqyasında tanıdılması və təbliği üçün çox böyük işlər görülmüşdür.

Çıxış edənlər, YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri Pərviz Təhməzov, Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Qiyasov, Xanımbikə Əliyeva, Nuhəli Kərimov, Ağa Əsədov və digər partiya fəalları Ulu Öndərin xalq və dövlət qarşsındakı xidmətlərindən danışdılar. Xüsusi olaraq qeyd etdilər ki, dövlətimizin Başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Brinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində cənnət Qarabağımızda şəhər və kəndlərimiz, tarixi və dini abidələrimiz tezliklə bərpa olunacaqdır. Prezident İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyəti sayəsində həm ölkəmizdə, həm də onun yaxın və uzaq hüdudlarından kənarda hər kəs inanır ki, o, öz missiyasını həyata keçirməyin yollarını və vasitələrini bilir. Bu misiyanın həyata keçirilməsində bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir,ona inanır və böyük ümidlər bəsləyirlər.

aia.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi

5183 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021