Mobil versiya
AFFA Rəşad Sadıqovu cəzalandırıb
Tarix: 06-05-2021 | Saat: 08:17
Bölmə:İdman | çapa göndər

AFFA Rəşad Sadıqovu cəzalandırıb

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov cəzalanıb.

AİA.Az apasport.az-a istinadən xəbər evrir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Zirə" - "Keşlə" oyununda baş verənləri müzakirə edib. Nəticədə həm Sadıqov, həm də baş verənlərdə günahkar hesab olunan digərləri cəzalandırılıb.

Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına səbəbindən 2 oyunluq cəzalandırılıb, klub 1600 manat cərimələnib. Matçın sonlarında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan "Zirə"nin müdafiəçisi Lazar Corceviç isə 4 matçlıq diskvalifikasiyaya məruz qalıb. Buna görə o, klubu 3200 manat ziyana salıb.

İkinci sarı vərəqə ilə meydançadan qovulan qəsəbə təmsilçisinin digər müdafiəçisi Sərtan Taşkının cəza müddəti 1 oyun təyin olunub, həmçinin 200 manatlıq cərimə kəsilib.

Ən ağır cəza "Zirə"nin məşqçisi Eltun Yaqubluya verilib. Texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə Yaqublu 10 matçlıq cəzaya məruz qalıb, klubu buna görə 8000 manat cərimə ödəyəcək.

Qarşılaşmada stadiona qanunsuz daxil olanlara görə meydan sahibi 800, oyundan sonra köməkçi hakim Pərvin Talıbova qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün isə 4000 manat cərimə edilib.

Bundan başqa, 5 futbolçusu sarı vərəqə alan hər iki klub 800 manat məbləğində cərimələnib.

Beləliklə, "Zirə" klubu bu görüşdəki intizamsızlıqlara görə, ümumilikdə 18 min 600 manat cərimə ödəməli olacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024