Mobil versiya
MASALLIDA Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecində tədbir keçirldi - FOTOLAR
Tarix: 05-05-2021 | Saat: 18:33
Bölmə:Seçki 2024 | çapa göndər

MASALLIDA Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecində tədbir keçirldi

MASALLIDA Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecində tədbir keçirldi

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə Masallı Dövlət Regional Kollecində pandemiya və karantin qaydalarına əməl olunaraq Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirldi

Cənubunsəsi.az xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərindən müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində sönməz məşəl yandırıb. Onun adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərindən danışan Vidadi Nəzərov böyük rəhbərin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan tarixində yüksəliş, tərəqqi, inkişaf illəri kimi dəyərləndirib. Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” 44 gün ərzində bütün dünyanın gözü qarşısında Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Çıxışının sonunda Vidadi Nəzərov qeyd etdi ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Tədbirdə Kollecin tələbələrinin hazırladıqları Müstəqillik memarı ,tamaşa-kompozisiyasında Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anları, Azərbaycanın müstəqilliyi, xalqın xoşbəxtliyi naminə gördüyü işlər obrazlı şəkildə ifadəsini tapıb. Sonra Kollecinin tələbələrinə fəxri fərmanlar, diplom və hədiyyələr təqdim olundu ...

Kompozisiyanın ərsəyə gəlməsində rejissor Cəmaləddin Əliyev, quruluşçu rejissoru Mərhəmət Lələyev və digərlərinin əməyi olub.


Cənubunsəsi.az Orxan Əlizadə
Foto Elsevər Əliyev










































Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024