Mobil versiya
Orta məktəb, yoxsa «xərac yığılan» məkan?
Tarix: 21-04-2016 | Saat: 22:34
Bölmə:Təhsil | çapa göndər

Orta məktəb, yoxsa «xərac yığılan» məkan?




149 saylı məktəbin direktoru Rəhilə Baxşıyeva icra başçısının pulyığanı adını çıxarıb

Xəzər rayonunda fəaliyyət göstərən 149 saylı orta məktəbdə xeyli sayda neqativliklər olduğuna dair məlumatlar var. JAM.AZ xəbər verir ki, məsələ məktəbdəki neqativ hallarla yekunlaşmır, həmçinin direktor Rəhilə Baxşıyevanın özbaşınalıqları da artıq müzakirə mövzusudur.
Məlumatlarda qeyd edilir ki, 149 saylı orta məktəbdə tətbiq olanun «idarəçilik» üsulu, habelə görülən «işlər» yekunda şagirdlərin təhsilinə zərər vurmaqla yanaşı, təlim-tərbiyyəsində də qüsurlar formalaşdırmağa başlayıb. Bildirilir ki, Təhsil Nazirliyinin qəti qadağasına baxmayaraq, bu məktəbdə hələ də «fond pulu», «təmir pulu», «məktəbin təsərrüfatına könüllü yardım» və digər adlar altında pullar yığılır.
JAM.AZ-a daxil olan bilgilərdən belə anlaşılır ki, Rəhilə Baxşıyeva mütəmadi olaraq belə kampaniyalar təşkil edir və bunun qarşısını almaq da hələlik mümkün deyil. İşin ilginc tərəfi odur ki, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 500 manat ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatdırılır.
Qeyd edək ki, hal hazırda 149 saylı orta məktəbdə 3000 şagird təhsil alır. Hər sinifə düşən şagird sayı isə ortalama 40 nəfərdən ibarətdir. Mənbə qeyd edir ki, Rəhilə Baxşıyeva bayram-seyran bilmədən şagirdlərdən pul yığımlarını hər ay həyata keçirdiyindən onun toplam il boyu 4-5 yüz min manatdan artıq yığım etdiyi vurğulanır. Buraya müəllimlərdən aldığı «vergi» və ya «xərac»ları da əlavə edərsək, o zaman rəqəm 7-8 yüz min manatlıq bir həddi də keçə bilər.
Bu əsnada başqa bir maraqlı məlumat ortaya çıxıb. JAM.AZ-a verilən məlumata görə, 149 saylı orta məktəbdə Rəhilə Baxşıyevanın özbaşınalığı və mənfi idarəçilik üsullarını göz yumulmasının tək səbəbi var. İddialara görə, onun arxasında Xəzər rayonun icra başçısı Gülağa İslamov dayanır. Səbəb isə Rəhilə Baxşıyevanın yığdığı pulları icra başçısıyla yarı böldüyünə dair iddialar göstərilir. Qeyd edilir ki, G.İslamov direktora bildirib ki, kimsədən çəkinmədən işlərini görsün. Çünki onun arxasında özü dayanıb və lazım gələrsə, Təhsil Nazirliyi də məsələni yoluna qoya bilər. Bundan arxayın olan direktorun da istənilən addımlar atması qeyri-adi sayılmamalıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.

P.S. Növbəti yazımızda 149 saylı orta məktəbin direktorunun repititor biznesi barədə geniş məlumat verəcəyik.


AIA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024