Mobil versiya
Ərdoğan Bakıya gəlir - DƏQİQ TARİX
Tarix: 21-04-2016 | Saat: 18:27
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan Bakıya gəlir - DƏQİQ TARİX





Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana gələcək, 26-da isə onun geri qayıtması nəzərdə tutulur.
aia.az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir necə dövlət rəsmisinin Azərbaycana səfərinin məqsədi Bakıda keçiriləcək Sivilizasiyalararası Qlobal Forumda iştirak etməkdir.
Səfir qeyd edib ki, tədbirdə iştirak üçün Azərbaycana Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyənin baş nazirin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək: "Əsas məqsəd tədbirdə iştirak etməkdir. Amma dövlət başçıları hər zaman bu cür çoxtərəfli forumlarda gündəmdəki məsələləri dəyərləndirirlər. R.T.Ərdoğan aprelin 25-də Bakyda gəldikdə cənab prezident İlham Əliyev tərəfindən də qəbul ediləcək və prezidentlərin görüşü olacaq. Eyni zamanda, nazirlər də həmkarları ilə öz aralarında bütün imkanları dəyərləndirmək fürsətindən istifadə edəcəklər".

İ.A.Coşqun deyib ki, bu dəfəki səfərlə Azərbaycan və Türkiyə prezidentlərinin bu il ərzindəki qarşılıqlı ziyarətlərinin sayı 3-cü olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024