Bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində məşqlər çox intensiv keçir - Milli komandamızın məşqçisi
Tarix: 04-05-2021 | Saat: 13:59
Bölmə:İdman | çapa göndər
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində məşqlər çox intensiv gedir.
Bunu Trend-ə Azərbaycan milli komandasının qrup hərəkətlər üzrə məşqçisi Siyana Vasileva deyib.
O bildirib ki, yarışlara hazırlıq hər zaman məsuliyyətli işdir:
"Dünya Kuboku üçün məşqlər intensiv keçir. Yarışın Bakıda keçirilməsi məsuliyyəti daha da artırır, ona görə də hər zaman asan olmur. Biz əlimizdən gələni edirik. Ümid edirəm ki, hər şey alınacaq".
Məşqçinin sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar komanda Dünya Kubokunun keçirilib-keçirilməcəyindən əmin deyildi:
"Amma buna baxmayaraq, komanda hazırlıqları davam etdirib. Biz bu cür çətin dövrdə Bakıda Dünya Kubokunun keçirilməsinə icazə verildiyi üçün təşəkkür edirik. Təbii ki, yarış ölkədəki mövcud sanitar-epidemioloju qaydalara uyğun keçiriləcək".
S.Vasileva əlavə edib ki, Dünya Kubokundan sonra Azərbaycan milli komandası növbəti yarışlara hazırlaşacaq:
"Dünya Kubokundan sonra gimnastları Bolqarıstanda Avropa çempionatı, daha sonra Olimpiya oyunları gözləyir. Komanda yarışlara mərhələli şəkildə hazırlaşır. Yarışlara hazırlıq istənilən idmançı üçün ən vacib məqamdır".
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024