AZ RU Mobil versiya
AHİK Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5000 ailəyə sovqat göndərəcək
Tarix: 04-05-2021 | Saat: 09:47
Bölmə:Gündəm | çapa göndər

AHİK Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5000 ailəyə sovqat göndərəcək

Azərbaycan Həmkarlar İttiifaqları Konfederasiyası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü növbəti xeyriyyə aksiyası ilə qeyd edəcək. Aksiyanın gedişində 5000 aztəminatlı ailə ərzaq sovqatı alacaq.


Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri uğurla davam edir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə dövlət qurumları ilə yanaşı, biznes strukturları, ictimai təşkilatlar mütəmadi olaraq aztəminatlı ailələrə ərzaq yardımları paylayırlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkənin ən böyük ictimai təsisatı olaraq bu prosesdə yaxından iştirak edir.

Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədilə Respublikanın bütün şəhər və rayonlarında yaşayan 3 900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərib.

Görülən işlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ölkədə qayğıya ehtiyacı olan aztəminatlı ailələr üçün növbəti dəfə ərzaq sovqatının göndərilməsi ilə bağlı məsələyə baxılıb. 76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5 000 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7244 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021