Mobil versiya
Paşinyan baş nazir seçilmədi
Tarix: 03-05-2021 | Saat: 15:40
Bölmə:Karusel / Media | çapa göndər

Paşinyan baş nazir seçilmədi

Ermənistan parlamentinin bu gün keçirilən xüsusi iclasında deputatlar Nikol Paşinyanı baş nazir seçməyib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, 75 deputat səsvermədə iştirak etməyib, 3 deputat N.Paşinyanın əleyhinə, 1 deputat lehinə səs verib.

Qanunvericiliyə əsasən, iki həftə ərzində növbəti səsvermə keçirilməlidir. N.Paşinyanın növbəti dəfə seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Qeyd edək ki, N.Paşinyanın aprelin sonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Parlament seçkilərinin ilkin tarixi iyunun 20-nə təyin olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024