Qarabağa səfərdən narahat olanlar Azərbaycanın suverenliyini qəbul etməlidirlər
Tarix: 16-09-2026 | Saat: 14:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər kimi şəhər və rayonlarda aparılan bərpa-quruculuq işləri, eləcə də ərazilərdə mövcud vəziyyətlə yerində tanışlıq xarici diplomatlara Qarabağdakı prosesləri daha obyektiv qiymətləndirmək imkanı yaradır. Diplomatik korpus nümayəndələrinin səfər zamanı gördükləri mənzərənin onların gələcək açıqlamalarına və Qarabağla bağlı mövqelərinə təsir göstərə biləcəyi də xüsusi diqqət çəkir.
Bu sözləri aia.az açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Fikirlərinin davamı olaraq millət vəkili bildirib ki, Azərbaycanın xarici diplomatları Qarabağ və Şərqi Zəngəzura dəvət etməsi eyni zamanda ölkəmizin şəffaf mövqeyinin göstəricisidir. Azərbaycan yeni reallığı yalnız siyasi bəyanatlarla deyil, yerində görülə bilən konkret nəticələrlə beynəlxalq ictimaiyyətə təqdim edir. Bu səfərlər Azərbaycanın suveren ərazilərində gedən bərpa və quruculuq prosesinin beynəlxalq diplomatik dairələr tərəfindən bilavasitə müşahidə olunmasına, bölgədəki həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfəri bir daha göstərir ki, onların təmsil etdikləri ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir və bu reallığı qəbul edirlər.
Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin, xüsusilə revanşist qüvvələrin göstərdiyi reaksiyaya toxunan Tamam Cəfərova vurğulayıb ki, bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilədir və qəbuledilməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiyalar Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində tanınması artıq mübahisə mövzusu deyil. Bu baxımdan xarici diplomatların Azərbaycanın suveren ərazisində səfərinə qarşı kampaniya aparılması Ermənistanın özünün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Ermənistan cəmiyyəti hansı əsasla diplomatik korpusun nümayəndələrini öz suveren dövlətlərinin ərazisində hərəkət etdiklərinə görə hədəfə alır? Əslində, bu səfər həmin diplomatların təmsil etdikləri dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin aydın göstəricisidir.
Daha bir diqqətçəkən məqam tarixin təhrif olunmasıdır. Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim etməyə çalışan qüvvələr eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu mövcud olmuş zəngin tarixi-mədəni irsini inkar edirlər. Bir tərəfdən Azərbaycanın tarixi ərazilərində erməni izləri qabardılır, digər tərəfdən isə müasir Ermənistan ərazisində azərbaycanlıların əsrlərlə yaşaması və yaratdığı mədəni irs yox sayılır. Bu, tarixə obyektiv yanaşma deyil, etnik ayrı-seçkiliyə və dözümsüzlüyə əsaslanan yanaşmadır.
Qərbi Azərbaycanda Azərbaycan xalqının tarixi-mədəni irsinin aqibəti isə bu yanaşmanın nəticələrini açıq şəkildə göstərir. Tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların və yaşayış məskənlərinin dağıdılması, Azərbaycan xalqının həmin ərazilərdəki izlərinin silinməsi regionun tarixi-mədəni mənzərəsini dəyişdirmək cəhdindən başqa bir şey deyil. Belə addımlar beynəlxalq hüququn, o cümlədən mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının prinsipləri ilə də ziddiyyət təşkil edir.
Bütün bunlar bir daha göstərir ki, Ermənistan daxilində revanşist düşüncələr hələ də tam aradan qalxmayıb. Rəsmi İrəvanın sülh prosesində verdiyi mesajlarla Ermənistan cəmiyyətinin müəyyən dairələrində səslənən aqressiv və revanşist ritorika arasında ciddi ziddiyyət müşahidə olunur.
Azərbaycan 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə ərazi bütövlüyünün tam bərpasından sonra yeni reallıq yaradıb. Bu reallıqla barışmaq və gələcəyə baxmaq Ermənistan üçün seçimdən daha çox tarixi zərurətdir. Sülh isə yalnız bəyanatlarla deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət, tarixin təhrifindən imtina və revanşist çağırışların qarşısının alınması ilə mümkündür.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesini davam etdirir. Xarici diplomatların bu ərazilərə səfərləri də Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən yerində görülməsinə və obyektiv qiymətləndirilməsinə xidmət edir.
Ermənistan cəmiyyəti anlamalıdır: gələcəyə aparan yol revanşizmdən deyil, reallığın qəbulundan, qarşılıqlı hörmətdən və davamlı sülhdən keçir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026