Mobil versiya
Qubada yeznə qaynının qanını tökdü.
Tarix: 14-07-2015 | Saat: 15:09
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Qubada yeznə qaynının qanını tökdü.
Qohumlar arasında düşən münaqişənin səbəbi bilinmir.
Qohumlar arasında mübahisə bıçaqlanmaya səbəb oldu. Hadisə bu gecə Qubada, Amsar kəndində baş verib. İnsident zamanı yeznə öz qaynına bıçaqla xəsarət yetirib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü, Amsar kənd sakini Mehdi Cəmi oğlu Əsgərov Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanaya daxil edilən M.Əsgərov nazik bağırsağından əməliyyat edilib. Xəstəxananın baş həkimi Ramazan Fətəliyevin bildirdiyinə görə, onun vəziyyəti hazırda orta ağırdır.

Quba rayon Polis Şöbəsindən faktı təsdiqləsələr də əlavə heç bir məlumat vermədilər.

Qohumlar arasında qan tökülməsinə səbəb olan mübahisənin səbəbi isə hələlik açıqlanmır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə