Mobil versiya
Bu gündən "Vaxzevria” peyvəndinin istifadəsinə başlanılır
Tarix: 03-05-2021 | Saat: 09:08
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Bu gündən "Vaxzevria” peyvəndinin istifadəsinə başlanılır

Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib.

aia.az-ın məlumatına görə, “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə edə biləcəklər. "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024