Mobil versiya
Bakıda yaşlı kişi yatmış arvadını doğradı
Tarix: 21-04-2016 | Saat: 14:36
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda yaşlı kişi yatmış arvadını doğradı


Aprelin 21-nə keçən gecə Bakı şəhərinin Nəsimi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 80 yaşlı həyat yoldaşı Kərimova Nisə İslam qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş 1936-cı il təvəllüdlü Hüseynov Abbasəli Qəmbər oğlu artıq saxlanılıb.

Bildirilir ki, 28 May küçəsi 66/68, mənzil 73 ünvanında məlum hadisə baş verərkən evdə ahıl cütlükdən başqa kimsə olmayıb. A.Hüseynov yuxuya getmiş həyat yoldaşının üzərinə hücum çəkərək onun bədəninə çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o bıçaqla qadının boğazını da kəsib.

A.Hüseynov hadisədən sonra ziddiyətli ifadələr verib. Onun həyat yoldaşını hansı səbəbdən qətlə yetirdiyi hələlik məlum deyil.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024