Mobil versiya
Qarabağın arxeoloji və etnomədəni irsinə həsr olunan konfransa tezislər qəbul edilir
Tarix: 30-04-2021 | Saat: 12:06
Bölmə:Təhsil | çapa göndər

Qarabağın arxeoloji və etnomədəni irsinə həsr olunan konfransa tezislər qəbul edilir

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda mayın 21-də keçiriləcək onlayn elmi konfransa tezislər qəbul olunur.

Bu barədə institutdan bildirilib.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:

- Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;

- Qarabağ abidələrinin hazırkı vəziyyəti və aparılacaq tədqiqatların perspektivləri;

- Qarabağın alban irsi;

- Qarabağda etnodemoqrafik proseslər;

- Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;

- Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.

Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər mayın 7-dək pashaoglu@mail.ru və parviz.gasimov.pr@gmail.com ünvanlarına göndərilməlidir.

Konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının elektron poçtuna “Zoom” proqramının müvafiq linki göndəriləcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2025